Şahbaz Şərif Pakistanın yeni Baş naziri seçilib.
Elxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Şahbaz Şərif hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Onun lehinə 174 deputat səs verib.
Baş nazir vəzifəsində İmran Xanı əvəzləyən Şahbaz Şərif ölkənin sabiq Baş naziri Nəvaz Şərifin qardaşıdır.
Qeyd edək ki, İmran Xanın partiyası seçkiləri boykot edib.