Azərbaycan Respublikasının Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxması münasibətilə III Çarlzı öz adından və Azərbaycan xalqı adından təbrik edib.

Elxeber.com xəbər verir ki, təbrik məktubunda Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb.

“İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Kral III Çarlza möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətində uğurlar arzulayıb.