Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfərə gedəcək.
Elxeber.com xəbər verir ki, bu barədə TRTHABER məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqun martın 9-da Türkiyəyə nəzərdə tutulan səfərindən sonra Azərbaycan prezidenti İlham Əliyevin cümə axşamı Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı 20-dən çox dövlət başçısı ilə danışıqlar apardığını və prosesin hələ də davam etdiyini bildirib.