Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.

Elxeber xəbər verir ki, dövlət başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində də olublar.