Xankəndidə Prezident İlham Əliyevin adını daşıyan möhtəşəm məscid tikilə, Qarabağda isə adını daşıyan yeni şəhər salına bilər.

Bu barədə bu gün Milli Məclisin İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar keçirilən xüsusi iclasında təklif edilib.

Belə ki, deputat Qüdrət Həsənquliyev iclasda Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbulu, Qarabağda adına şəhər salınmasını təklif edib: “Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbul etməyi təklif edirəm. Həmin qanunda Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər”.