Qazaxıstanın Milli Muzeyində Böyük Çölün qədim incəsənət və texnologiya zalında Taskop kurqanından tapılan səkkizinci “qızıl adam”ın elmi rekonstruksiyası təqdim olunub.

Arxeoloji qazıntılar zamanı qədim Sarmatiya liderinin geyimi 2019-cu ildə Aktobe vilayətində tapılıb. Alimlərin fikrincə, belə paltarları eramızdan əvvəl IV-III əsrlərdə zadəganlar geyinirmişlər.

Qədim sarmatların liderinin obrazını canlandırmaq üçün bərpaçılara iki il lazım olub. Aktobe bölgəsindəki Taskop kurqanlarından birində tapılan artefaktlar əsasında “qızıl adam”ın təxmini yaşını müəyyən etmək mümkün olub.

Qeyd edək ki, Qazaxıstan ərazisində ümumilikdə 8 “qızıl adam” tapılıb. Onlardan ən məşhuru İssık kurqanında aşkarlanıb. Geyimlərin zəngin dekorasiyasına görə onları qızıl adlandırırdılar. Onların sonuncunun təsvirinin orijinal eksponatı Qazaxıstanın Aktobe Regional Tarix-Arxeologiya Muzeyində saxlanılır.

Xatırladaq ki, "Qızıl adam"ın dünya muzeylərinə yürüşü" sərgi layihəsi 2018-2021-ci illəri əhatə edirdi. Moskvadan başlayan bu səyahət Bakı, Çin, Polşa, Gürcüstan, Böyük Britaniya, Türkiyə, İspaniya, İtaliya, Almaniya, Yaponiya, Koreya, Avstriya, Fransa və Amerika Birləşmiş Ştatlarında nümayiş etdirilib. (AZƏRTAC)