Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 970 dini qurum dövlət qeydiyyatına alınıb.

Elxəbər-in məlumatına görə, konfessional baxımdan onlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian-26; yəhudi-8; krişna-1; bəhai-2) təmayüllüdür.

Eyni zamanda, 10 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatından keçib.

Ölkə ərazisində 2253 məscid mövcuddur.

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Ölkədə ümumilikdə 748 pir və ziyarətgah müəyyən edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda  8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.