Qubadlı rayonunun Məmər kəndi Hal kənd inzibati ərazi dairəsində yerləşir. Kəndin adı ərəb mənşəli “məmər” sözündən götürülüb, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Kəndin belə adlandırılması bu yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi ilə əlaqədardır.

Məmər kəndinin ərazisində bir sıra tarixi-memarlıq abidələri – kənd məscidi (XVIII), Daş sandıq (XV əsr), Şirin bulaq (XV əsr) yerləşirdi.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu 2020-ci il oktyabrın 30-da kəndi işğaldan azad edib.

AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Məmər kəndinin görüntülərini təqdim edirik.