“Bir millət, iki dövlət” şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.
Elxeber.com xəbər verir ki, bu fikirlər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edən Rəcəb Tayyib Ərdoğan bildirib: “Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük”.
Türkiyədə baş verən zəlzələlərdən sonra “kədəriniz kədərimizdir” anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident Ərdoğan vurğulayıb ki, Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.