Rus əsgərlərinin Ukraynanın ikinci böyük sənaye şəhəri Xarkova daxil olduğu açıqlanıb.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Məlumata görə, rus əsgərlərinin Xarkovda irəliləməsi davam edir.
Rus qoşunları şəhərə daxil olarkən davamlı atəş səsləri eşidilib.
Xarkovda irəliləyən rus qoşunları çarpaz atəşə tutulub.