Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl və üçüncü ölkələrə şəkər ixracına müvəqqəti qadağa qoyulması haqqında fərman imzalayıb.
Bu barədə Rusiya nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
Taxıl üzrə məhdudiyyətlər iyunun 30-dək, şəkərlə bağlı isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq. Taxıl qadağası buğda, çovdar, arpa və qarğıdalıya şamil edilir.
Bununla belə, sənədə əsasən bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, bu məhsulların Rusiyadan ixracı, o cümlədən humanitar yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.