Rusiya Təhqiqat Komitəsi “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin ölümünü təsdiqləyib.

Elxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, ekspertiza avqustun 23-də Tver vilayətində baş vermiş aviaqəzada ölən 10 nəfərin hər birinin şəxsiyyətini müəyyən edib. Onların arasında “Vaqner” hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin də olduğu qeyd olunub.

Qeyd edək ki, “Vaqner” qruplaşmasının rəhbəri Y.Priqojinin də olduğu təyyarə Tver vilayətində avqustun 23-də qəzaya uğrayıb. Moskvadan Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olan 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.