“Rusiyanın Türkiyədəki seçkilərə müdaxilə etdiyinə dair iddiaları kimin irəli sürdüyünü bilmirik. Moskva prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun iddialarını rədd edir.Türkiyənin əsas müxalifət namizədinə bu məlumatları çatdıranlar yalançıdır”.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyədəki seçkilərlə bağlı Rusiyaya qarşı olan iddialara cavabında deyib.

“Moskva Ankara ilə olan münasibətlərə böyük dəyər verir. Çünki o, məsuliyyətli və suveren mövqeyə malikdir”,-deyə Peskov qeyd edib.

Qeyd edək ki, Millət Alyansının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu prezidentliyə namizəd Məhərrəm İncə haqqında sosial mediada bir çox dezinformasiya xarakterli məzmunun paylaşılmasının arxasında Rusiyanın dayandığını irəli sürüb.

Xatırladaq ki, Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış prezidentliyə namizədliyini geri götürüb.