Sabah ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23°, gündüz 30-33° isti olacaq.

Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.