Sabah ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

 Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26°, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.