Oktyabrın 29-da Azərbaycanda gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14°, gündüz 14-16° isti, Bakıda gecə 12-14°, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacaq.