Avqustun 15-də ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39°, bəzi yerlərdə 40-41° isti, dağlarda gecə 13-18, gündüz 24-29° isti olacaq.