Araşdırmaçı-yazar, tanınmış publisist Sabir Şahtaxtının "Mil" adını verdiyi yeni romanı Türkiyədə nəşr olunub.

Elxeber.com xəbər verir ki, Ankarada fəaliyyət göstərən "Bengü" Yayın Evində Türkiyə türkcəsində işıq üzü görən kitab indiki İranda əsarət altında olan Azərbaycan türklərinin aqibətini və mövcud vəziyyətini iki gəncin ölümsüz eşq hekayəsi fonunda ortaya qoyub.