Nazirlər Kabineti Azərbaycanda “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni  təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar 2022/2023-cü tədris ilindən tətbiq ediləcək.

Qeyd edək ki, hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.

Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

- qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;

- oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;

- qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

- oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.