Sağlamlıq üçün vacib qidalardan olan yağın orqanizmə faydalı ola bilməsi məhsulun keyfiyyətindən asılıdr.  Mütəxəssislər orqanizm üçün çox faydalı olan bir neçə qidanın adını xüsusi vurğulayır ki, onların tərkibində olan yağlar orqanizm üçün çox xeyirlidir.

Həmin məhsulların adlarını təqdim edirik.

Avokado, istəsəniz hər gün asanlıqla istehlak edə biləcəyiniz bənzərsiz bir meyvədir. Vücudun ehtiyac duyduğu vitaminlər və doymamış yağ turşuları ilə zəngindir. Həzmə kömək edən avokado sizi uzun müddət tox saxlayır, xərçənglə mübarizə aparır və dərini gözəlləşdirir. Avokadodan səhər, nahar və ya axşam yeməyində istifadə edə bilərsiniz.

Somon kimi yağlı balıqlar sağlamlıq üçün əladır. Artrit, ürək xəstəliklərinin və bir sıra digər xəstəliklərin qarşısını almağa kömək edəcək yağ olan omeqa 3 ilə zəngindir.

Müntəzəm olaraq zeytun yağı istehlak edənlər daha uzun və sağlam ömür yaşayır. Zeytun yağı qidalanmaya mütləq əlavə etməli olduğunuz bir məhsuldur. Salatlarınızı və yeməklərinizi zeytun yağı ilə istehlak etməyə diqqət edin. Sağlamlıq üçün sızma zeytun yağını seçin.

İnsanlar az yağlı qatığın daha sağlam olduğunu düşünürlər, lakin ümumiyyətlə az yağlı qidalarda daha çox şəkər var. Tam yağlı qatıqda yaxşı yağlar var və həzminizi yaxşılaşdırmaq üçün sağlam probiyotiklər boldur.

Quru meyvələr də sağlam yağlar baxımından zəngindir. Fındıq sağlamlıq üçün ən təbii yağları ehtiva edən qidalar arasındadır. Qoz beyin sağlamlığı üçün əladır və ürək-damar problemlərinin qarşısını alır, badam antioksidantlarla doludur, fıstıq seleniumun mühüm mənbəyidir. Qəlyanaltılarınızda qoz-fındıq istehlak etməyi vərdiş halına salın. Qoz-fındığı çiy halda istehlak etmək daha faydalıdır.

Hamımız bilirik ki, yumurta yüksək protein mənbəyidir. Yumurta sarısı həmçinin yaxşı yağları və bizə lazım olan bütün vitaminləri, mineralları və amin turşularını ehtiva edir. Xolesteroldan narahatsınızsa, əmin olun ki, həftədə bir neçə yumurta xolesterol səviyyənizi artırmayacaq.

Kokos yağı istehlak etmək üçün ən sağlam yağlardan biridir. Bişirilməsi problem olmayan bu yağdan qovurarkən də istifadə etmək mümkündür. Bu qida maddəsini gözəllik məhsulu kimi istifadə edə bildiyiniz kimi  şirniyyat və qəhvələrinizə də əlavə edə bilərsiniz.

Təmiz inək südündən hazırlanan əridilmiş kərə yağı ən təmiz yağdır və sağlamlıq üçün çox faydalıdır.