Beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunu ərazisində yerləşən qədim Kültəpə yaşayış yerində apardığı araşdırmalar zamanı Cənubi Qafqazda Dəmir dövrünün ən böyük və ən qədim şəhər yeri aşkarlanıb.

Şəhərin daş döşəməli küçələrinin və bu küçəyə birləşik böyük ictimai binalarının bir qismi artıq gün üzünə çıxarılıb.

Elxeber.com-un xəbərinə görə, araşdırmalar professor, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və Pensilvaniya Universitetinin professoru Lauren Ristvetin rəhbərliyi ilə aparılıb.

Topoqrafik ölçmələr göstərib ki, şəhər düzənlik ərazidə salınıb və 20 hektar ərazini əhatə edib.

Karbon analizlər şəhərin e. ə. lX əsrdə urartuların Cənubi Qafqaza yürüşlərindən əvvəl salındığını, zəngin və sakit həyata malik olduğunu göstərir.