Səhiyyə Nazirliyi körpələrin ana südü ilə qidalandırılmasının vacibliyindən bəhs edən paylaşım edib. 

Elxeber.com Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla paylaşımı təqdim edir. 

Ana südü asan həzm olunan və infeksiyalardan qoruyucu xüsusiyyətləri ilə seçilən zülallarla zəngindir. Tərkibində olan dəmir, sink kimi mineralların miqdarı, inək südü ilə müqayisədə daha çoxdur. Ana südündə xüsusi yağ turşuları var ki, onlar uşağın inkişafı üçün olduqca vacibdir. Ana südü uşaq üçün nadir və ideal qidadır.

Ana südündə həzmi asan olan doymamış yağ turşularının səviyyəsi yüksəkdir. Bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Məlumdur ki, ananın qidalandığı yeməklərin dadı südə tam verir.