Bosniya və Herseqovina məhkəməsi serbiyalı keçmiş hərbçi Predraq Bastaha 1992-1995-ci illərdə müharibə cinayətləri törətdiyinə görə 35 il həbs cəzası verib.

 P.Bastahın Serbiya ordusunun üzvü kimi 1992-ci ildə Vlasenitsa bölgəsində bosniya və herseqovinalı mülki vətəndaşlara qarşı qətl və işgəncə cinayətlərində iştirak etdiyi bildirilib. Onun Susitsa düşərgəsində 34 mülki vətəndaşın qətlində iştirakı qeyd olunub. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlərinə görə P.Bastahın həbs cəzası 35 il müəyyən olunub.

O, 2010-cu il fevralın 4-də insanlıq əleyhinə cinayətlərə görə 22 il azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, 1992-1995-ci illərdəki müharibə zamanı Vlasenitsada 288-i uşaq olmaqla 2643 bosniya və herseqovinalı öldürülüb.