Gürcüstan-Ermənistan sərhədində baş verən zəlzələ Azərbaycanın Qərb rayonlarında da hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 22:25-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Zəlzələnin maqnitudası 5,9 olduğu üçün güclü hesab olunur və yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib.