"SOCAR Energy Ukraine" təcili tibbi yardım və yanğınsöndürən avtomobillərinə pulsuz yanacaq verəcək.
Elxeber.com xəbər verir ki, SOCAR-ın vitse-prezidentinin müavini İbrahim Əhmədov bu barədə feysbuk səhifəsində yazıb.
O bildirib ki, Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək.