Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Xəbərə görə, indiyə kimi vurulan peyvəndlərin ümumi sayı 13 669 883-dür. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə 4 842 230, üç və daha çox dozada peyvənd olunanların sayı isə 3 244 010 nəfərdir.
Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanların sayı 241 672 nəfər təşkil edir.