Suriyada kimsəsiz qalan yeniyetmə bacı-qardaşın (Zeyd və Reyhan) qohumları tapılıb.
Elxeber.com xəbər verir ki, bu barədə “Belə-belə işlər” layihəsi məlumat yayıb.
Qeyd edək ki, valideynlərini itirmiş Zeyd və Reyhan illərdir dəhşətli müharibənin baş verdiyi ərazilərdə yaşayıb və yaxınlarından xəbər gözləyiblər.
Oğlanlar üçün mədrəsədə təhsil alan Zeyd həftədə bir dəfə bacısını görə bilir. Onların nə zaman Azərbaycana gətiriləcəkləri barədə isə dəqiq məlumat yoxdur.