Təhsil İnstitutu ədəbiyyat fənni üzrə kurikulumun təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

Bu barədə institutdan bildirilib. Namizədlərdən ixtisas fənni üzrə dərin bilik və bacarıqlar, müasir pedaqoji yanaşmalara dair məlumatlılıq, fikirləri yazılı formada ifadə etmə təcrübəsi, araşdırma və təhlil üzrə səriştə, azı 5 illik pedaqoji təcrübə tələb olunur.

Tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) sentyabrın 6-dək [email protected] ünvanına göndərmələri xahiş olunur. Başlıq bölməsində “Ədəbiyyat fənni üzrə kurikulum mütəxəssisi” qeyd edilməsi vacibdir.

Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və növbəti mərhələlərə dəvət ediləcəklər.