Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun rəhbərliyi ilə hazırlanmış  “Təhsildə psixoloji xidmətin əsasları” (Məktəb psixoloqu üçün vəsait) kitabını təqdim edirik. 

Elnur Rüstəmov, Mətanət Əliyeva və Mələk Allahverdiyevanın həmmüəllifliyi ilə hazırlanan vəsaitdə psixoloji xidmətin təşəkkülü tarixinə, müasir vəziyyətinə, məktəbəqədər və məktəb yaşının müxtəlif dövrlərində diaqnostik və korreksiya metodlarının tətbiqi imkanlarına, problemli uşaqların inkişafı və reabilitasiyası prosesində kreativ metodların tətbiqinə xüsusi diqqət yetirilib, eləcə də təhsil siyasətinin aktual problemləri normativ-hüquqi sənədlər əsasında xronoloji səpkidə verilib. 

Vəsait təlim-tərbiyə müəssisələrinin rəhbərləri, müəllim və tərbiyəçilər, psixoloqlar, metodistlər üçün təzərdə tutulub.