Ölkə ərazisində avqustun 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Elxeber.com-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 34-39° isti, dağlarda gecə 11-16, gündüz 23-28° isti olacaq.