“Türk Hava Yolları” (THY) aviaşirkəti bir gündə 260 mindən çox sərnişin daşıyıb. Bununla da şirkət 87 faiz doluluq səviyyəsinə çataraq yeni rekorda imza atıb.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Bunun aviaşirkətin inventarına daxil edilən yeni təyyarələr, reyslərin açılması kimi amillərlə bağlı olduğu bildirilib.
Qeyd olunub ki, rekordun yeniləndiyi iyulun 15-də “Türk Hava Yolları”nın tarixində sərnişindaşımada ən sıx gün kimi qeydə alınıb.