Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Elxeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı “twiter”də yazıb.

“Cümhuriyyətimizin elan edilməsinin 99-cu ildönümü münasibətilə Türkiyə və Azərbaycan şəhidliklərində səfirliyimizin, hərbi attaşemizin, əlaqədar və tabe qurumların, iş adamlarının, tələbələrin, müəllimlərin və valideynlərin iştirakı ilə mərasim keçirilib”, - deyə paylaşımda qeyd olunub.