Türkiyə indiyə kimi əsasən xaricdən gətirdiyi hepatit A peyvəndini artıq ölkəsində istehsal edəcək.

Bu açıqlamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib.

Ərdoğan bildirib ki, Türkiyə bu peyvəndi ən yüksək standartda istehsal edən 4-cü ölkə olacaq.

Prezident əlavə edib ki, bununla ölkənin peyvəndə görə xaricdən asılılığı azalacaq, eyni zamanda sahə ilə bağlı qabaqcıl və peşəkarlaşmış insan resursları olacaq.

Qeyd edək ki, o, bu sözləri Ankarada- KeyVac Peyvənd İstehsalat Mərkəzinin açılış mərasimində deyib.