Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə 13 sənəd imzalanıb və qəbul edilib.

Sənədlərin ümumi dəyəri 50,7 milyard dollardır.

Elxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, imzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.

Həmçinin tərəflər Türkiyə və BƏƏ prezidentlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Şuranın yaradılması barədə razılığa gəliblər. Bununla Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.