Türkiyə ordusu İraqın şimalında apardığı "Pençe-Yıldırım” antiterror əməliyyatı zonasında 5 şəhid verib.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Süleyman Soylu bölgədəki əməliyyat zonasında törədilən terror aktı nəticəsində 1 əsgər və 4 mühafizəçinin şəhid olduğunu açıqlayıb.

Nazir açıqlamasında bildirib: “Pençe-Yıldırım" əməliyyatında terror hücumu nəticəsində qəhrəman əsgərimiz Remzi Nişan və qəhrəman mühafizəçilərimiz Bülent Vermez, Kemal İmece, Avdi Demir və Veysi Şebik şəhid olub. Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və əziz millətimizə başsağlığı verirəm”.