"Türkiyə Silahlı Qüvvələri 2015-ci il iyulun 24-dən bu günədək ümumilikdə 36 143 terrorçunu zərərsizləşdirib”.

Bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Silahlı Qüvvələrin yüksəkrütbəli rəsmiləri ilə keçirdiyi görüşdə deyib.

O, Türkiyə Silahlı Qüvvələrinin yeganə hədəfinin terrorçular olduğunu vurğulayıb. Bildirib ki, Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının sərhəd bütövlüyünə, suverenliyinə hörmət edir: "Yeganə məqsədimiz sərhədlərimizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Buna görə terrorla mübarizəyə davam edirik”.

H.Akar bildirib ki, mübarizəni sonuncu terrorçu zərərsizləşdirilənə qədər aparacaqlar: “Yanvar ayından etibarən Suriya və İraqın şimalında 2 874 terrorçu məhv edilib. Pənçə-Kilit əməliyyatı uğurla davam edir. Bu əməliyyat çərçivəsində 397 terrorçu zərərsizləşdirilib”.