Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında davam edən “Pəncə Kilit” antiterror əməliyyatı zonasında terrorçuların açdığı atəş nəticəsində üç əsgər şəhid olub, iki əsgər isə yaralanıb.

Məlumatı Türkiyə mətbuatı yayıb. 

Qeyd olunub ki, eyni bölgədə xidmət edən bir əsgər də ildırım vurması nəticəsində şəhid olub.

Bildirilib ki, yaralılar dərhal xəstəxanaya yerləşdirilib və müalicələrinə başlanılıb.