Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasına gələcək.  Elxeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Qeyd olunub ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Görüşdə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq. 

Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəyi də gözlənilir.