“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycana səfər edəcək. O, ölkənin Zəngilan rayonuna gedəcək. Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Zəngilanda görüşü olacaq”.
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
“Qarabağın bərpası istiqamətində müsbət işlər görülür. Əlbəttə, bu da öz növbəsində Cənubi Qafqazdakı vəziyyətə təsir edir”, - deyə Kalın vurğulayıb.