Türkiyə Rusiyadan Suriyaya əsgər daşıyan hərbi və mülki təyyarələrə hava məkanını bağlayıb. 

Elxeber.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Mövlud Çavuşoğlu icazələrin üç aylıq verildiyini bildirib: "Rusiyanın hərbi təyyarələrinə, hətta Suriyaya gedən və əsgər daşıyan mülki təyyarələrinə də hava məkanını bağladıq. İcazələri  üç aylıq veririk. Aprelə qədər icazələri var idi. Prezidentimiz Rusiya rəhbəri Vladimir Putinə bu barədə deyib və daha sonra uçuşlar dayanıb".