Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı ölkədəki əcnəbilərin ümumi sayının 5 milyon 239 min 426 olduğunu açıqlayıb.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.  Nazir müavini qeyd edib ki, ölkə daxilində müvəqqəti qoruma altında 3 milyon 577 min 714 suriyalı var.

O, Türkiyədə 318 min 717 nəfəri beynəlxalq qoruma altında olmaqla ümumillikdə 3 milyon 896 min 431 qaçqın (sığınacaq axtaran şəxs) olduğunu, 1 milyon 342 min 995 sakinin isə icazəli yaşadığını bildirib.

"Ölkəmizdəki əcnəbilərin ümumi sayı 5 milyon 239 min 426 nəfərdir. Bunlardan 1 milyon 22 min 703 nəfəri ibtidai, orta, lisey və universitet tələbələridir", - deyə Çataklı vurğulayıb.