Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə bağlı Türkiyədə Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Elxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumada qeyd olunub ki, müsəlman Şərqinin ilk demokratik respublikası sayılan Azərbaycan Respublikasının 105 illiyi qeyd edilir.

Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci il mayın 28-də Gürcüstanın Tbilisi şəhərində Məmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən elan edilib. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olan Osmanlı dövləti Azərbaycanın istiqlal mübarizəsinə dəstək məqsədilə Nuri Paşanın (Killigilin) ​​komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana göndərib. Ordu Bakıdakı və bölgələrdəki erməni quldur dəstələrinin və bolşevik ünsürlərinin təmizlənməsində iştirak edib. 1918-ci il iyunun 26-da milli ordusunu quran Azərbaycan iyunun 27-də dövlətin rəsmi dilinin türk dili olduğunu bütün dünyaya bəyan edib.