Türkiyənin Niğdə bölgəsində avtobus qəzası baş verib.

Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinləri tələbələr olan avtobus Adana-Nigdə yolunun Güney kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Nəticədə hadisə yerində 3 nəfər həyatını itirib, 5-ağır olmaqla 41 nəfər  yaralanıb. 

Özəl bir firmaya məxsus avtobusun sərnişinlərinin əksəriyyətinin Səlçuk universitetinin tələbələri olduğu bildirilib.