Türkiyənin Düzcə vilayətinin Gölyaka rayonunda 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub.
Türkiyə mətbuatının yazdığına görə, yerli vaxtla saat 04:08-də baş verən yeraltı təkan 6,81 kilometr dərinlikdə qeydə alınıb.

Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələ nəticəsində Düzcə, İstanbul, Zonguldak, Sakarya və Boluda ümumilikdə 50 nəfərin yaralandığını açıqlayıb.