Türkiyənin Anadolu Agentliyinin yaradılmasından 102 il ötür.
Qazi Mustafa Kamal Atatürkün göstərişi ilə 6 aprel 1920-ci ildə “Qurtuluş savaşında Anadolunun səsini dünyaya duyurmaq” məqsədi ilə qurulan Anadolu Agentliyi bir əsrdən artıq təcrübəsi ilə milli və beynəlxalq ictimaiyyətə doğru xəbərləri çatdırmaq üçün çalışır.
142 müxtəlif millətdən olan 3000-dən çox əməkdaşı ilə gündə 3000-ə yaxın xəbər, 3000-dən çox fotoşəkil, 8 infoqrafika və 310 video yayımlayan Anadolu Agentliyi (AA) 102-ci ilində 100 ölkədə 6000 mətbuat təşkilatına xidmət göstərir.
Dünyanın ən nüfuzlu və hörmətli xəbər agentlikləri siyahısında ön sıralarda olan AA, ən aktiv bölgələrdə yaşanan qaynar hadisələri anında abunəçilərinə çatdırır, Xüsusilə, çətin coğrafiyalardan verdiyi xəbər və görüntüləri ilə fərq yaradır.
Türk, İngilis, Ərəb, Rus, Fransız, İspan, Sorani, Fars, İndoneziya, Bosniya, Alban, Makedoniya və Kurmanca daxil olmaqla 13 dildə abunəçilərinə təqdim etdiyi xəbərlər, foto və videolarla AA nəinki Türkiyədə, dünyada da maraqla izlənilir.
Türkiyədə milli qəzetlərdə dərc olunan fotoşəkillərin və xəbərlərin əksəriyyətini hazırlayan Anadolu Agentliyi, xüsusilə canlı yayım nöqtəsində də abunəçilərinə əhəmiyyətli xidmətlər göstərməyə davam edir.