Türkiyənin əksər bölgələrində soyuq və yağışlı hava şəraiti hökm sürür. 

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkənin bir çox bölgələrində havanın temperaturu mövsüm normasından aşağı düşdüyündən, yüksək ərazilərə qar yağıb.
Belə ki, Ardahan, Qars, Rizə, Artvin, Trabzon, Bayburt, Kayseri, Ərzurum, Ərzincan vilayətlərinin yüksək ərazillərinə mövsümün ilk qarı yağıb.

Yolların buz bağlaması sürücüləri çətin vəziyyətə salıb.