Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi “Kızılelma” test uçuşunu- təkər kəsmə sınağını uğurla başa vurub.

Bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar özünün tviter səhifəsində məlumat verib.

Qırıcının havaya qalxmasının görüntülərini paylaşan Bayraktar "Kızılelma" ayağını yerdən üzdü, onu çətinliklə tuturuq" -deyə bildirib.

Qeyd edək ki, “Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında təqdim olunub.