Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda davamlı sülh və sabitliyin yaradılması üzrə Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etmək üçün bu gün Tehrana gedib.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə Türkiyə və ev sahibi İranla yanaşı, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının da iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlayan 3+3 formatında regional əməkdaşlıq platformasının ilk iclası 2021-ci il dekabrın 10-da Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.