Ukraynada müharibə başlayandan etibarən 12 jurnalist həlak olub.
Bu barədə Ukrayna mətbuatı yazıb. Məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktovanın açıqladığı qeyd olunub.
“Putinin təcavüz barədə dünyaya həqiqəti çatdırmaq həyati təhlükəlidir. Müharibədə artıq 12 jurnalist həlak olub”, - deyə Venediktova qeyd edib.
Onun sözlərinə görə, daha 10 media nümayəndəsi müxtəlif dərəcəli xəsarətlər alıb.