Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələr hazırlanacaq.
Elxeber.com xəbər verir ki, bu, Prezdent İlham Əliyevin bu gün imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.
Bu sahədə icraçı orqanlar kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur) müəyyənləşib.
Qızıl sikkələr 2023-cü il fevral–may aylarında hazırlanmalıdır.
Bundan başqa, Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.
Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq.
Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.